Cümə , Dekabr 4 2020
Ana səhifə / Elman Rüstəmov: “Gündəlik yarım milyard dollar xərcləyirdik”

Elman Rüstəmov: “Gündəlik yarım milyard dollar xərcləyirdik”

“Son günlər ajiotajı yatırtmağa gündəlik yarım milyard dollar xərcləyirdik”.

Anspress-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə çıxışı zamanı deyib. O bildirib ki, manat kütləsinin 70 faizi dollar çevrilə bilərdi və nəticədə milli valyuta üzərində nəzarəti itirə bilərdik:

“Məhz buna görə, manatın kəskin korreksiyasına getdik. Manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsinin cəmiyyətdə yaratdığı həyəcanı müşahidə etdik. Biz böyük bir ajiotajın şahidi olduq. Dolların bahalaşması barədə qərar qəbul olunmasaydı, bunun çox ağır nəticələri ola bilərdi. Biz strateji olaraq ciddi uduşlar əldə etdik. Bu qərər strateji maraqlara xidmət edir. Bu qərar olmasaydı bir neçə ildə dəfələrlə denominasiyaya gedə bilərdik”.

E.Rüstəmov qeyd edib ki, son 3 ildə rus rublu 93 faiz, türk lirəsi 42 faiz lari 30 faiz ucuzlaşıb. AMB sədri bildirib ki, belə halda ixracatçılar itirirlər:

“20 ildir Azərbaycanda makro-iqtisadi sabitlikdi. 2005-2010-cu ildə quruculuq işləri həyata keçirilib. Xarici balansın profsiti 115 milyard idi. İqtisadi artımın 35 faiz olduğu illərdə birrəqəmli inflyasiya formalaşdı. Lakin xarici balansda baş verən məsələlər bizi manatın məzənnəsinə qayıtmağa məcbur etdi. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin 2 dəfə azalmasıdır”.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …

Bir cavab yazın