Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Elinanın intiharı ilə bağlı iclas keçirildi – Nazir qərar verəcək

Elinanın intiharı ilə bağlı iclas keçirildi – Nazir qərar verəcək

Təhsil Nazirliyində Elinanın intiharı ilə bağlı iclas olub. “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün 162 saylı tam orta məktəbdə 04 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. 

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılmış, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …