Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Aktual / Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi

Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi

Elina Hacıyevanın intihar etdiyi 162 saylı tam orta məktəbə yeni direktor təyin olunub. Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müvafiq əmrə əsasən bu vəzifə Arzu Nəzərovaya tapşırılıb. 

Bundan başqa, Tünzalə Mikayılova və Bəhruz Səlimxanov təlim-tərbiyə işləri üzrə direktor müavinləri vəzifəsinə gətiriliblər.

Məlumat üçün bildirək ki, Arzu Nəzərova 1961-ci ildə Gəncədə anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib. 22 il Gəncədə yerləşən 2 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edib. 

Xatırladaq ki, 2019-cu il aprelin 4-də sözügedən məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Hadisə ilə bağlı məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda proses Səbail Rayon Məhkəməsində davam etdirilir.

Həmçinin oxuyun

“Biz hamımız gəmi kapitanının ətrafında sıx birləşmiş vahid komandanın üzvləriyik” – Deputat

“Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir. Ölkəmizdə asayişi …