Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Elinanın anasının ŞOK yazışması yayıldı – “Məktəbdən çıxarıb atasına tullayacam” – FOTO

Elinanın anasının ŞOK yazışması yayıldı – “Məktəbdən çıxarıb atasına tullayacam” – FOTO

Sosial şəbəkədə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova ilə qızının ən yaxın rəfiqəsi 9-cu sinif şagirdi Züleyxa Şirinova ilə insanları şok edən yazışması yayılıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, skrin edilən yazışmada 14 yaşlı məktəblinin anasının qızına olan laqeydliyinin şahidi oluruq.

Zulya – Elina özünü 3-cü mərtəbədən atıb. Yuxarı sinif şagirdi oğlan onu əllərinin üstündə direktorun kabinetinə aparıb. Siz bunu bilirdiz?
Sevil xanım, siz məktəbə getdiz? Axı Elina məktəbdədir, xəstəxanada deyil?

Sevil Hüseynova – Hə, Zulya, bilirəm. Bütün bunlar artıq məni bezdirib. Ümumiyyətlə, mən onu bu məktəbdən çıxarıb atasına tullayacam. Artıq mənə bu lazım deyil. Evdə mənim iki uşağım var, hələ bir xəstəxanalara qaçmalıyam. Heç yerə getməyəcəm. Mən Seymurun (ikinci həyat yoldaşını nəzərdə tutur) uşaqlarıylayam. 

Qeyd edək ki, Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Anası Sevil Hacıyeva ikinci dəfə ailə qurub və bu izdivacdan iki övladı var.

Xatırladaq ki, Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi idi.


Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …