Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / ELDAR SABİROĞLUNUN OĞLU YENİDƏN MƏHBƏS İSTƏYİR

ELDAR SABİROĞLUNUN OĞLU YENİDƏN MƏHBƏS İSTƏYİR

Bir neçə gün əvvəl, barəsində seçilən həbsqətimkan tədbiri ev dustaqlığə ilə əvəz olunan sabiq müstəntiq R.Səfərov bir neçə günlük həbs həyatının necə keçməsi barədə fikirlərini paylaşıb. O, bir gün Nərimanov rayon müvəqqəti saxlama yerində saxlanıldığını, orda da özünə qarşı yüksək münasibət və qayğı gördüyünü yazıb. Amma ertəsi gün təcridxanaya etap edilərkən onu “voronok”un “odinoçka”sına zorla saldıqlarını deyib:

“Sanki xüsusi amansızliqla, tamah niyyəti ilə qətl törətmişdim… Təcridxanada da saxlanma şəraitimdən narazı qalmadım. Şükranlıq hissini duydum ki, heç demə, azadlıq hərəki mənada deyil, ruhi anlamda qavranılmalıdır. AZAD OLDUM! Ciddən. 1 həftəlik məhbəs həyatımda Allaha şükür etdim, özümü seçilmişlərdən sandım ki, haqq yolunda zindan həyatı əslində hürrüyyət ilə sinanimmiş ki, bu da hər kəsin nəsibi deyildir. Nə oldusa, 1 həftədən sonra ağır cinayətdə ittiham olunan təqsirləndirilən şəxs barəsində həbsə alternativ olaraq ev dustaqlığı qətimkan tədbiri seçildi… Bax bu dəfə gülmək istəsəm də baş tutmadı, çünki Azərbaycan hüquq sisteminin nə qədər eybəcər vəziyyətdə olması məni kövrəltdi. Ciddən. Hazırda ev dustağıyam. Mənə qadağan edirlər ki, susum, lal, kar, kor olum! Bəylər, elə ondansa ölmək daha əfzəl deyildirmi?! Göz altına almışam, ən yaxın əzizləri, dostları, tanışları itirmək bahasına olsa belə, yenidən məhbəsə qayıtsam belə, yenə də doğru bildiklərimi söyləyəcəyəm! Nədir, mən azad fikrimi söyləyə bilmərəm? Həqiqət sandıqlarımı bölüşə bilmərəm? İnsanların dərdinə şərik ola bilmərəm? Niyə qorxursunuz? Əgər belədirsə, ev dustaqlığını yenidən həbslə əvəz edin! Ruhum hazırdır!”

R.Səfərovun atası Eldar Sabiroğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, oğlunun dediklərinə və yazdıqlarına şərh vermək istəmir. E.Sabiroğlu həmçinin oğlunun həyatına dair təhlükə olmasını da hiss etmədiyini vurğuladı: “Mən bundan sonra bu barədə danışmayacam”.

Azinforum.az olaraq bildirirk ki,  sabiq müstəntiqin  məhbusları daşıyan avtomobildə “odinoçkaya” salınmasını özünə qarşı işkəncə kimi qəbul etməsi bizdə doğrudan da təəccüb doğurur. Hər halda, sabiq müstəntiq bilməlidir ki, onun statusunda olan adamlar, yəni hüquq-mühafizə orqanlarının sabiq işçiləri digər kateqoriyalı məhkumlardan həm ayrı saxlanılır, həm də daşınır. Bu qanunvericiliyin tələbidir. Siz təsəvvür edin ki, Rüfət Səfərovu  “odinoçkaya” deyil, ümumi yerə salırlar və orda onun həbs etdiyi bir məhkum və ya təqsirləndirilənlə rastlaşır. Bunun hansı sonuncla nəticələnə biləcəyini təxmin etmək çətin deyil. Bu baxımdan da, bir hüquqşunasın özünün təbirincə desək, “voronokdakı” “odinoçkada” getməsini özünü işgəncə kimi qəbul etməsi gülməli görünür…

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın