Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Aktual / Eldar Sabiroğlu təkcə Vasif “xan”dan yox, onun yeni əleyhdarlarından da narazıdır

Eldar Sabiroğlu təkcə Vasif “xan”dan yox, onun yeni əleyhdarlarından da narazıdır

Tanınmış yazar Eldar Sabiroğlu Vasif “xan”ın və onun yeni əleyhdarlarının əlindən Bakıdakı ev-eşiyini buraxıb kəndə köçmək istəyir. Bu iddianı Eldar bəyin özü irəli sürür. Niyə? Gəlin, onun redaksiyamıza göndərdiyi yazısını oxuyaraq bu suala cavab axtaraq.

Yazırsan olmur, yazmırsan adam içindən ağrıyır. Fikirləşirsən, axı Naxçıvandakı qanunsuzluğa, talançılığa necə dözmək olar ki, camaat qan ağlayır XAN-ın əlindən, sən də özünü çəkib bir qıraqda mürgü vurursan. Deməli, üç cəsarətli qələm sahibi Heydər Oğuz, Tural Səfərov və Vüqar Tofiq oğlu olmasaydı, Naxçıvan olaylarının üzərinə işıq salan olmayacaqdı? Belə görünür ki, yox!!! Ancaq HÜRRİYYƏT TV tətiyi sıxan kimi “ədalət və həqiqət” carçıları başladılar sıra düzülüşünə… Adama deyərlər ki, bəs indiyə qədər harada gizlənmişdiniz, hansı deşikdə pusqu qurmuşdunuz?!  

Özümlə bağlı bir məsələni danışmaq istərdim. “Xan” mövzusu ilə əlaqədardı. Təxminən iki ay əvvəlin söhbətidir. Vasifin əleyhinə kiçik bir qeydimi Ovqat.com saytı cap etdi. O zaman hələ Naxçıvan probleminin gurultusu  səhv etmirəmsə, təzə-təzə aləmi bürüyürdü. Buna görə əziz dostlarım Heydərə və Vüqara, həmçinin Tural Səfərova təkrar təşəkkürlərimi bildirməkdən məmnunam. Onlar həqiqətən yurd cəfakeşliyi  naminə özlərini odun içinə atdılar. Təhlükə hər an baş verə bilərdi. Vasif Talıbov tərəfindən yox, başqalarının edəcəyi daha inandırıcıdır. Ki, nə olarsa, “xan”ın boynunda qalacağını tülkülər əla “dərk” edirdilər. 

Hə, yazımın üzərindən üç gün idi ki, keçirdi. Adlarını demək istəmədiyim iki yoldaşla Gənclikdə çay içməli oldum. Pəzəvənglərdən biri qayıdasan ki, Sabiroğlu yazını oxudum, nəyinə lazımdır, qoy bir-birlərini didib parçalasınlar. O biri pəzəvəng isə yox başını qaldırıb endirməklə dostunun təkliflərini təsdiq edirdi. Cavablarını lazımi qayda da verdikdən sonra çayxananı tərk etdim. 

Axı biz niyə beləyik! Nədən bir-birimizin qanını amansızlıqla tökməyə   həvəsliyik? Bu gün həmin “ziyalı”ların Naxçıvan “xanı”nı divara dirəyən yazılarını mətbuat səhifələrində oxuyanda ayağımın altından az qala torpaq qaçır. İnsan nə qədər əclaf olarmış, ilahi!!! Zamanında qapısının ağzında qəbul üçün dayananlar, indi “xan”ın qabırğasına o ki, var döşüyürlər. Hərdən bu sifətləri görərkən doğrudan getmək istəyirəm buralardan. Ömrümün qalan hissəsini öz  şəhərimdə, kəndimdə, Zənginin sahillərində keçirmək keçir ürəyimdən.

Eldar Sabiroğlu

Həmçinin oxuyun

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin bütün üzvləri son nəfərinə kimi müəyyən edilməli və xainlər …