Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual /  Eldar Mahmudovun vəzifədən getməsində ANKARA İZİ

 Eldar Mahmudovun vəzifədən getməsində ANKARA İZİ

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ilə bağlı bir neçə versiya səslənir. Onların bəziləri pul, bank, daha doğrusu qeyri siyasi məsələlərlə bağlıdır.  Hafta.az məlumatlı mənbədən diqqət çəkən tamam başqa məlumatlar alıb. Mənbə bildirir ki, bu qəfl qərar ötən həftə Ankarada törədilmiş partlayışla bağlı olub. Xəbər verdiyimiz kimi, həmin hadisə ilə əlaqədar şübhəli şəxs kimi axtarılanlardan biri də azərbaycanlı Ülkər Məmmədovadır. 

 

Ülkər Məmmədovanın Türkiyəyə oturma izni olması məlumdur. O, uzun müddətdir ailə qurub və Türkiyədə yaşayıb, uşağı da var. Bu məlumatları Azərbaycanın İstanbuldakı baş konsuluHəsən Zeynalov da təsdiqləyib. Və Ankarada 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə axtarılan 21 nəfərdən biridir. Qeyd edək ki, Hafta.az hələ xeyli əvvəl şahidlərdən gənc bir qızın terrorçuların azəri dilində danışdığı məlumatını da vermişdi.
Mənbə bildirir ki, bir azərbaycanlının qardaş ölkədə bu cür fəaliyyətlə məşğul olmasının bizim xüsusi xidmət orqanlarımızın diqqətindən qaçması heç cür qəbul edilən olmayıb.
Axtarışa aid xəbərlərdə Ülkər Məmmədovanın hansı ölkədən olduğu haqda yazılmasa da Azərbaycan mətbuatında onun azərbaycanlı olma ehtimalından bəhs edilmişdi.

Hətta belə məlumatlar var ki, Azərbaycanda İŞİD terror qruplaşmasının əleyhinə keçirilən əməliyyatlar zamanı Ülkər Məmmədovanın varlığından məlumat olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun da bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İŞİD terror qruplaşmasının üzərinə düşür. Mənbənin verdiyi məlumata görə, Ülkər Məmmədova məsələsində rəsmi Ankara bizdən daha geniş araşdırma tələb edir.

Hazırda sabiq nazir Eldar Mahmudovun saxlanıması barədə məlumatlar dolaşsa da bu özünü doğrultmur.

Nazirin qudası, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin adı indi daha çox hallanır. Mətbuada bildirilir ki, qudalar bir qrup məmurla əlbir olaraq, ölkənin bank və maliyyə sektorunu çökdürəcək cinayətə yol veriblər. Əgər doğurdan da belə idisə, nə üçün nazir barədə bu qərar aylarca gözləməli oldu? Axı Cahangir Hacıyevin nələri və kimlərlə  etdiyi çoxdan bəlli idi. Bu sual cavabını tapmaqda çətinlik çəkir.

 

Eldar Mahmudovun yerinə Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı polisinin keçmiş rəisi general Məhərrəm Әliyevin təyin olunacağı gözlənilir.


Təhlükəsizlik üzrə tanınmış ekspert İlham İsmayıl Hafta.az –a açıqlamasında bu təyinatı real sayır. Və ekspert bildirir ki, bu posta təyinat gecikməyəcək və elə səhər qərar verilməsi ehtimalı böyükdür:

“Eldar Mahmudovun vəzifəsinin öhdəsindən gələ bilmədiyi məlum idi. O, xüsusi xidmət orqanı qarşısında duran vəzifələri yerinə yetirmək iqtidarında deyil. Bu da artıq xeyli vaxtdır cəmiyyətə məlumdur. Təyinat gecikməyəcək, çünki rəsmi olaraq naziri əvəz edəcək birinci müavin yoxdur. Vaxtilə sabiq nazir Namiq Abbasov nazir əvəzi olmuşdu. Amma indi səlahiyyətlər birbaşa kiminsə üzərinə düşmür. Məhərrəm Əliyevin nazir ola biləcəyi ehtimalı böyükdür. Amma onu da qeyd edək ki, o da polis sistemindən gəlir”.

Sabah bu hadisələrlə bağlı çox önəmli gün hesab olunur.

Səbinə ƏVƏZQIZI

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın