Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual /  ELDAR MAHMUDOVUN ŞƏCƏRƏSİNİ ARAŞDIRAN ALİM DANIŞDI: “Belə bir iddia onların ulu babalarına “Qazax Əbdul” deyilməsindən qaynaqlanır”

 ELDAR MAHMUDOVUN ŞƏCƏRƏSİNİ ARAŞDIRAN ALİM DANIŞDI: “Belə bir iddia onların ulu babalarına “Qazax Əbdul” deyilməsindən qaynaqlanır”

Azinforum.az xəbər verir ki, işində yol verdiyi ciddi nöqsanlara görə, tutduğu vəzifədən azad edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudov və onun dəstəsinin etdiyi əməllər barədə KİV-lərdə çeşidli məlumatlar tirajlanır.  Məlum olduğu kimi, Eldar Mahmudovun atası Əhməd Mahmudovun Şərur rayonunda onun adını daşıdığı məktəbin önündə olan büstünün götürülməsinə dair də xəbərlər verilib.  Vətəninfo.az saytı isə dünən Eldar Mahmudovun əslən Naxçıvandan olmaması ilə bağlı maraqlı  bir yazı təqdim edib. Həmin məqalədən bir sitat:

“…Eldar Mahmudovun şəcərəsini araşdırdıqda görünən odur  ki, Əhməd Mahmudovun babaları Naxçıvana gəlmədilər və iddalara görə, Qazax mahalından Naxçıvana köç edənlərdəndirlər. Məsələ Mahmudovların hardan necə köç etməsində də deyil. Məsələ Eldar Mahmudova “Naxçıvanlıdır” deyilməsidir…”

Vətəninfo.az saytında Eldar Mahmudovun şəcərəsi ilə bağlı gedən yazıya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da öz Feysbuq profilində münasibət bildirib. Baş redaktor yazır:

“Eldar Mahmudovun naxçıvanlı olmasını istәmәyәnlәrә bizdәn ciddi bir dәstәk.Vәzifәyә tәyin olunanda biz türmәdә idik. Ömürlük mәhkum Elçin Әmiraslanov (Qazax OMON) da Bayıla, mәhkәmәyә gәtirilmişdi. Bizi dә ömürlüklüklәrin korpusunda – ölüm korpusunda saxladıqları üçün kameralarımız qonşu, gәzinti yerlәrimiz eyni idi. Normalda görüşmәmәliydik. Amma nәzarәtçilәr imkan yaradırdılar, görüşüb – danışırdıq. Xüsusi ilә eyni bölgәnin adamı kimi mәnimlә daha hәvәsli idi danışmağa… Elçin onun soy ağacını bilirdi. Qazaxlı olduğunu ilk o zaman vә ondan eşitdim: “Cijim deer ki…” Bu fakt onda özü ilә bağlı da ümidlәr yaratmışdı… Bu yaxşımı, pismi, bilmirәm. Amma adam vәzifәdә olanda naxçıvanlı bilinirdi, çıxdı, qazaxlı oldu”.

 

ehmed

Azinforum.az saytı olaraq bildiririk ki, kimin hansı bölgədən olmasının onun tutduğu əmələ  heç bir aidiyyəti yoxdur. Hər kəs, o cümlədən Eldar Mahmudov  etdiyi əməllərə görə  cavabını verməlidir. İkinci bir  tərəfdən isə, Qazax mahalı Azərbaycana çoxlu sayda tanınmış elm xadimləri, şairlər, yazıçılar baxş edib ki, onların hər biri ilə biz fəxr edirik. Yəni məsələnin regional amil tərəfi bizi qətiyyən maraqlandırmır və hesab edirik ki, belə faktorların qabardılması diqqəti məsələnin əsl mahiyyətindən başqa istiqamətlərə fokuslamış olur.

 

e

Ancaq  Azinforum.az  gündəmə gətirilən mövzunun aktuallığını nəzərə alaraq, Eldar Mahmudovun  atası və onların şəcərəsi barədə kitablar yazan tanınmış siyasətçi Məmməd Əlizadə ilə əlaqə saxlayıb.

Məmməd Əlizadə Azinforum.az-a açıqlamasında bildirdi ki, onun özü də Eldar Mahmudovla eyni kənddəndir:

” Onlar köklü şaxtaxtılıdırlar. Mən bir alim və həmkədli kimi bunu araşdırmışam və hesab edirəm ki, bu araşdırmanın siyasətə zərrə qədər də aidiyyəti yoxdur. Bizim kənddə bütün tayfaları adla çağırırlar. Ola bilər ki, belə bir iddia onların ulu babalarına “Qazax Əbdul” deyilməsindən qaynaqlanır.  Yəni “Qazaxlı Əbdul” yox, məhz “Qazax Əbdul”. Bu ləqəb  həmin adamın sifət quruluşuna görə Orta Asiya türkləri olan qazaxlara bənzədiyinə görə ona verilib. Əhməd Mahmudovun nəsli və kökü təmiz şaxtaxtılıdır”.

Çinarə Seyidova

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın