Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / ELDAR MAHMUDOVUN RESTORANINDA 20 YANVAR GÜNÜ 1000 MANATLIQ YEYİB-İÇMƏK “ŞOTUNU”  KİM ÖDƏYİB?

ELDAR MAHMUDOVUN RESTORANINDA 20 YANVAR GÜNÜ 1000 MANATLIQ YEYİB-İÇMƏK “ŞOTUNU”  KİM ÖDƏYİB?

MTN-nin sabiq rəhbərliyinin qanunsuz əməlləri barədə mediada hər gün yeni məlumatlara rast gəlirik. Bu günlərdə yayılan məlumatlar arasında diqqət çəkən mövzulardan biri də Bakının məşhur  “Nar Şərab” restoranı ətrafında  oldu. Yayılan məlumatlarda bildirilir ki, həmin restoran Eldar Mahmudovun biznes imperiyasına aid olub. Mənbənin sözlərinə görə, sabiq nazir Eldar Mahmudova məxsus olan restoranın adı son proseslərdə hallanandan sonra restoran müştəri üzünə həsrət qalıb. Bu səbəbdən də Eldar Mahmudovun restoranı satmaq fikirinə düşdüyü deyilir.

Lakin mənbə hesab edir ki, E.Mahmudov hətta bu niyyətini həyata keçirsə belə, restoranın satışından əldə ediləcək pulun ona qalması inandırıcı görünmür:

“Belə ki, adı milyardlarla manatlıq rüşvət və korrupsiyada, mənimsəmədə hallanan E.Mahmudovun nəinki restoran və ticarət mərkəzlərinin, hətta bu gün yaşadığı evin belə dövlət tərəfindən müsadirə ediləcəyi ehtimalı kifayət qədər böyükdür. Çünki dövlət büdcəsində ciddi kəsirlərin olduğu indiki dönəmdə E.Mhmudovun oğurladığı pulların bəlli bir qisminin belə dövlətə qaytarılması xalqın və dövlətin mənafeyi baxımından onun həbsindən qat-qat önəmli bir məsələdir. Çox güman ki, E.Mahmudovun həbsxana həyatı dövlətdən oğurladıqlarını dövlətə qaytardırdan sonra başlayacaq”.

Mənbə “Nar Şərab” restoranının hansısa iş adamı və ya məmur tərəfindən alınması ehtimalının da son dərəcə aşağı olduğunu vurğuladı:

“Taleyi sual altında olan “Nar Şərab” restoranının hansısa iş adamı və yaxud məmur tərəfindən alınması ehtimalı yox sayılacaq qədər aşağıdır. Çünki indiki halda ali siyasi rəhbərliyin və istintaq qrupunun əsas diqqət mərkəzində olan bir restoranı almaq vəzifə və sosial statusundan asılı olmayaraq kimsəyə yaxşı heç nə vəd etmir. İndiki situasiyada belə bir addım 25 milyon manatdan könüllü imtina etmək deməkdir ki, kimsənin bu qədər məntiqsiz addım atacağı inandırıcı deyil. Bu isə o deməkdir ki, E.Mahmudovun “Nar Şərab”a tapa biləcəyi yeganə müştəri yenə də dövlət olacaq”.

Maraqlıdır ki, biz, Azinforum.az olaraq hələ Eldar Mahmudovun nazir olduğu vaxt “Nar Şərab” restoranında baş verən maraqlı və Azərbaycan xalqının heysiyyatına toxuna biləcək bir faktın üstünü açmışdıq. Bizə təqdim edilən dəqiq faktlardan görünürdü ki,  Azərbaycan xalqının milli matəm günü

( yanvarın 19-dan 20-sinə keçən gecə – Azinforum.az) “Nar Şərab” restoranında xüsusi ziyafət təşkil edilib və həmin  məclisdə 1000 manata yaxın “şot”  verilib. Bunu söz olaraq yazmırdıq. Əlimizdə həmin məclisdə nəyin yeyilib- içildiyinə və ödənilən məbləğə dair dəqiq sənəd vardı.  Ödənilən məbləğdən də görünürdü ki, məclisi sadə adamlar təşkil etməyib. Hər halda, bir şam yeməyinə 1000 manat ödəmək sadə azərbaycanlının büdcəsinə uyğun deyil.

Faktı Azinforum.az vasitəsilə ictimailəşdirəndən sonra, bu məsələnin dəqiq araşdırılacağına ümid etdik. Çünki bizə verilən məlumatda bildirilirdi ki, həmin məclis kifayət qədər yüksək rütbəli şəxslər tərəfindən təşkil edilib. Görünür ona görəydi ki, həmin yazının saytdan götürülməsi ilə bağlı müxtəlif təzyiqlərə məruz qaldıq. Mövzunun aktuallığını nəzərə alaraq,  milli matəm günü sözügedən məclisin təşkil olunmasını sübut edən möhtəbər faktı diqqətinizə çatdırırıq.

Bu günlərdə “Nar Şərab” restoranında baş verən digər dəhşətli qanunsuzluqlar barədə maraqlı araşdırma təqdim edəcəyik.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

shot

 

 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın