Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Eldar Mahmudovun qohumundan şikayət var – Müraciət

Eldar Mahmudovun qohumundan şikayət var – Müraciət

Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 4 ünvanında yaşayan Eyvazov Tofiq Kamran oğlu ölkə başçısına ünvanladığı müraciəti NUH.az saytına təqdim edib.

Müraciəti olduğu kimi dərc edirik.

Möhtərəm İlham Əliyev cənabları!

Mən mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin yaxın qohumuyam. Siz özünüz də məni şəxsən tanıyırsınız.

Yazıb Sizə bildirmək istəyirəm ki, məni – Eyvazov Tofiq Kamran oğlunu 2011-ci ilin dekabrın 19-da, saat 15-00-da Səbail Rayon Polis İdarəsinin ozamankı rəisi İlqar Mahmudovun ( keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu ) dəvəti ilə idarəyə çağırdılar.

İdarədə məndən izahat alandan sonra gözləmədiyim halda qollarıma qandal vurub zirzəmiyə apardılar. Üstümdə olan:

1. 1000 (min ) ABS dolları pulumu,

2. Blek Berli VİP telefonumu,

3. Vertu telefonumu,

4. Briliyant qaşlı üzüyümü,

5. Briliyant qaşlı saatımı,

6. 300 ( üç yüz ) manata yaxın pulumu, akta qol çəkdirərək məndən aldılar.

Mən akta qol çəkdim. İki gündən sonra məni Kürdəxanı təcridxanasına göndərdilər. Sonra mən 6 il həbsxana həyatı yaşadım. Və 2017-ci ildə azadlığa çıxdım. Mən azad olunandan sonra Səbail RPİ-ə müraciət edərək məndən götürülən əşyaların və pulun geri qaytarılmasını tələb etdim. Lakin bu günədək mənə məxsus əşyaları və pulu geri ala bilmirəm.

Möhtərəm Prezident !

Sizdən xahiş edirəm mənə məxsus əşyaların və pulun geri qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Mən öz qanuni əmlakımı tələb edirəm.

Sizə dərin hörmətlə, Eyvazov Tofiq Kamran oğlu.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …