Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Eldar Mahmudovun ölüm xəbəri yayıldı – Yenilənir

Eldar Mahmudovun ölüm xəbəri yayıldı – Yenilənir

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.

Bildirilir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Qeyd edək ki, 65 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.

***

Yaxınları isə sözügedən məlumatı nə təsdiq, nə də təkzib edib.

***

Eldar Mahmduovun ölümü ilə bağlı məlumatı dəqiqləşdirmək üçün ailə vəkili Cavid Rzazadə ilə əlaqə saxladıq.

O, “Qafqazinfo”ya açıqlamasında xəbərin yalan olduğunu bildirib: “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Qoy, hər kəs öz yalanında boğulsun”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …