Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Eldar Əzizov göstəriş verdi – Yolu zəbt edən restoran bağlandı

Eldar Əzizov göstəriş verdi – Yolu zəbt edən restoran bağlandı

Bakının ən hərəkətli küçələrindən biri olan Nizami (“Tarqovı”) küçəsində fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı meriya araşdırma aparıb.

Paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “PASSAGE 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə gedib, səkinin zəbt olunmasının şahidi olub və sakinlərin şikayətinə əsasən restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov məlumatı təsdiq edib (Unikal.org)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …