Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Eldar Əzizov birinci müavin deyil- Açıqlama

Eldar Əzizov birinci müavin deyil- Açıqlama

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.

Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi.
Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

Modern.az dəqiqləşmə aparmaq üçün BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.

Nailə Məmmədova açıqlamasında bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur: “Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.

Eldar Əzizov 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …