Cümə , Oktyabr 18 2019
Ana səhifə / Aktual / Eldar Əzizovun BŞİH-ə gətirilməsinin səbəbi

Eldar Əzizovun BŞİH-ə gətirilməsinin səbəbi

Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna təyinatı cəmiyyətin böyük əksəriyyəti üçün gözlənilməz oldu. Müvəqqəti də olsa Bakıya rəhbərliyin niyə məhz ona həvalə olunduğu çoxlarını düşündürdü. Çünki Sumqayıt kimi iri şəhərdən Bakının bir rayonuna başçı gətirilmiş E.Əzizov bir növ “vurulmuş” kadrlardan hesab olunurdu. Ona birdən-birə Bakıya rəhbərlik kimi strateji vəzifənin həvalə olunması buna görə ciddi rezonans doğurdu.

Hacıbala Abutalıbov BŞİH rəhbəri vəzifəsindən uzaqlaşdırılandan bəri paytaxtın sükanının kimə həvalə olunacağı ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu müddət ərzində bir neçə nəfərin namizəd olaraq adları hallandırılıb. Hətta bir sıra mənbələr Bakıda ümumşəhər bələdiyyəsinin yaradılacağı fikrini irəli sürürlər. Bildirilir ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri olan bu prosesə payız aylarında start veriləcək: Milli Məclisin payız sessiyasında qanunvericiliyə zəruri dəyişikliklər ediləcək. Daha sonra isə bütün ölkədə bələdiyyə seçkiləri irəli çəkiləcək və bu çərçivədə paytaxtda da vahid bələdiyyə seçkiləri keçiriləcək. Bakı rəhbəri postunun məhz bu dəyişikliyə görə boş saxlandığı deyilir.

Bu iddiaların reallıq olub-olmadığı da elə payızda ayınlaşacaq. Ona qədərsə paytaxt rəhbərliyi kimi strateji əhəmiyyətli iş E.Əzizova həvalə olunub. Qeyd edək ki, E.Əzizov şəhər təsərrüfatçılığına yaxından bələd olan, bu sahədə çoxillik təcrübəyə malik azsaylı məmurlardandır. Ölkənin iki ən böyük şəhərinə – Gəncə və Sumqayıta rəhbərlik edib. Bu baxımdan, onun müavin olaraq Bakı təsərrüfatının başına gətirilməsi məntiqli görünür. Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, Bakı rəhbəri strateji post sayılır.

BŞİH-dən ile ilgili görsel sonucu

Ölkə əhalisinin yarıdan çoxu Bakıda yaşayır, iqtisadiyyatın 80 faizdən yuxarısı Bakıda cəmləşib. Əksər dövlət əhəmiyyətli müəssisələr, istehsal obyektləri, təşkilatlar paytaxtdadır. Bu qədər böyük bir təsərrüfatın uzun müddət başçısız olması ciddi çətinliklər yaradır. Ən azı Bakı ərazisində həyata keçirilən demək olar ki, bütün növ tikinti, bərpa və sair təyinatlı işlər üçün paytaxta rəhbərlik edən şəxsin mövqeyini tələb edən minlərlə sənədləşmələr var. Bu baxımdan, BŞİH  başçısı postunun 3 aya qədər boş qalması xeyli problemlər də yaratmışdı.

Bir çox mənbələr E.Əzizovun bir müddət sonra BŞİH rəhbəri postuna təsdiqlənəcəyini proqnozlaşdırırlar. Güman edilir ki, bir neçə aylıq əvəzetmədən sonra Bakıya rəhbərlik tamamən ona həvalə olunacaq. Qeyd etmək yerinə düşər ki, Azərbaycan hakimiyyətində belə təcrübələr çoxdur: kimsə əvvəlcə hansısa vəzifəni əvəzetmə kimi daşıyır, daha sonra ona rəsmən sahiblənir. Bu baxımdan E.Əzizovun bir gün BŞİH başçısı postuna təyinat alması da mümkündür…

Həmçinin oxuyun

Azərbaycanın Zəngilan şəhərində erməni bayrağı atında müşavirə keçirildi-FOTOLAR

Müstəqil(!) Azərbaycan Respublikasının 26-cı ildir ki, işğal altında qalan Zəngilan rayon mərkəzində qondarma separatçı-terrorçu rejimin …