Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / Eldar Əzizovdan daha bir qərar – Əcnəbi dildə olan və uyğunsuz yerlərə vurulan reklam lövhələri də yığışdırılır
????????????????????????????????????

Eldar Əzizovdan daha bir qərar – Əcnəbi dildə olan və uyğunsuz yerlərə vurulan reklam lövhələri də yığışdırılır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.
“Report”un BŞİH-dən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.
Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.
Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.

Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …