Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / Eldar Əzizov Şükürovun yerinə Ələkbərovu gətirdi

Eldar Əzizov Şükürovun yerinə Ələkbərovu gətirdi

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib.

Sözügedən xəbəri Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …