Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Eldar Əzizov bir neçə idarəni ləğv etdi

Eldar Əzizov bir neçə idarəni ləğv etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qurumun bir neçə idarəsinin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

BŞİH-dən “Report”a bildirilib ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.

Qeyd olunub ki, yeni strukturda BŞİH-in tabeliyində olan bir neçə idarənin adı əksini tapmayıb. Bunlar Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzidir. Həmin idarələrin rəhbərləri və digər işçiləri sərəncama götürülüb.

Bundan başqa, şəhər icra hakimiyyəti Başçısının aparatında da bəzi şöbələrin əsasında yeni şöbələr yaradılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …