Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Eldəniz Səlimovun əmlakı müsadirə olunacaq

Eldəniz Səlimovun əmlakı müsadirə olunacaq

Deputat toxunulmazlığı ləğv edilən kimi saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Eldəni Səlimov Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ittiham olunur.

Bakupost.az xəbər verir ki, Cinayə Məcəlləsinin 309-cu maddəsi aşağıdakıları nəzərdə tutur:

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eldəniz Səlimova bu maddənin ağırlaşdırıcı hissəsi – 2-ci bəndi tətbiq olunub. Beləliklə, onun 3 il vəzifə tutması qadağan olunmaqla və əmlakı müsadirə edilməklə, həbsi müzakirə mövzusudur. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …