Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Eldəniz Elgünə Real TV-də vəzifə verildi: “Çox ciddi layihələrimiz var”

Eldəniz Elgünə Real TV-də vəzifə verildi: “Çox ciddi layihələrimiz var”

Tanınmış jurnalist Eldəniz Elgün Real TV-də işə başlayıb. 

E.Elgün modern.az-a faktı təsdiqləyib. O bildirib ki, bu gündən Real TV-də çalışır:“Məlumat doğrudur. Mən Real TV-də Real Təhlil İnformasiya Mərkəzinin redaktoru təyin olunmuşam”.
Jurnalist bildirib ki, yeni və fərqli layihələrlə tamaşaçıların qarşısına çıxacaq:

“Çox ciddi layihələrimiz var. Bir neçə günə texniki-təchizat məsələləri həll edildikdən sonra layihələrimizi reallaşdıracağıq. Bildiyiniz kimi, buna qədər “Space” televiziyasında inzibati işlərdə çalışırdım. Artıq yaradıcı işlərə ehtiyac duyduğumu hiss etdim. Ona görə də Real TV-i ilə işə başladıq. Çalışacağam ki, tamaşaçaıları çox bezdirməyim, amma həm də hər gün onların görüşünə gəlim. Bir sözlə, bu gündən Azərbaycan mətbuatında söz sahibi olan Mirşahin Ağayevlə çalışacam. Mirşahin mənim üçün hərfin yox, sözün sahibi olub”.

E.Elgün “Space” televiziyasındakı işindən ayrılsa da, əməkdaşlığı davam etdirəcəyini vurğulayıb:

“Bu günədək AzTV-də, “Space”də, ANS-də çalışmışam. Bu gün isə “Real”ın əməkdaşıyam. Mən işlədiyim redaksiyalarda hər kəslə dost olmağa çalışmışam. “Space”də də sonuncu dəfə dünyaca ciddi rejissorun, dəyərli rəhbərin – Vaqif Mustafeyevin yanında işlədim və birgə fəaliyyət göstərdiyimə görə fəxr edirəm. İnanıram ki, onlarla əməkdaşlığımız davam edəcək. Ən azından özümü Vaqif Mustafayevin etibarlı dostu hesab edirəm. Yaradıcı işə keçmək istəyimi bildirəndə də məni anlayışla qarşıladı. Uzaq yerə getmədim ki, düşüncə ocağına Mirşahinin yanına gəldim”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …