Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Elçin Sadıqovu neçə il həbs gözləyir? – Açıqlama

Elçin Sadıqovu neçə il həbs gözləyir? – Açıqlama

Vəkil Elçin Sadıqovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib.

Ş.Hümbətova bildirib ki, Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkil qeyd edib ki, hazırda məhkəməyə gəliblər: “Həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib”.

Ş.Hümbətovanın sözlərinə görə, E.Sadıqov bildirib ki, heç bir təqsiri yoxdur, hər hansı cinayət törətməsindən söhbət gedə bilməz.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …