Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Elçin Quliyev generalın həbsindən sonra ilk dəfə – Fotolar

Elçin Quliyev generalın həbsindən sonra ilk dəfə – Fotolar

İyunun 22-si və 23-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

“Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilib, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilib.

Qeyd edək ki, E. Quliyev müavini, general Əfqan Nağıyevin həbsindən sonra ilk dəfə görüntülənib. Ə. Nağıyev barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …