Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Elçin Babayevin BDU-da “biz mehriban ailəyik” idarəetməsi – F.Qurbanovun yeri hələ çox görünəcək!

Elçin Babayevin BDU-da “biz mehriban ailəyik” idarəetməsi – F.Qurbanovun yeri hələ çox görünəcək!

Bu il yaranmasının 100 illiyi tamam olan BDU-nin həyatında həm də rektor dəyişikliyi ilə yadda qalacaq. Ötən il məlum qalmaqaldan sonra 19 il universitetin rektoru vəzifəsini tutan A.Məhərrəmovun işdən çıxarılmasından sonra Təhsil nazirinin müavini Firudin Qurbanov bir müddət rektor əvəzi kimi təhsil ocağına rəhbərlik etdi. Mart ayında dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev BDU-nə rektor təyin edildi. Təbii ki, yeni rektorun təyinatından sonra universitetin həyatında dəyişikliklərin olacağı gözlənilən idi və bu baş verdi.

Rubrika.Az saytına verilən məlumatlara görə ölkənin ən nüfuzlu ali təhsil ocağında baş verən dəyişikliklər əsasən kadr dəyişiklikləri ilə xarakterizə olunur. Belə ki, E. Babayev yaxınlarını BDU-da mühüm postlara gətirməklə qohumlarından ibarət komanda formalaşdırır. İnformasiyalara görə bu zaman vəzifə təyinatı alan adamların hansı kriteriyalara cavab verməsi elə də ciddi əhəmiyyət daşımır. Belə ki, E. Babayev əvvəllər bulvar idarəsində işləmiş yaxın adamını universitetdə mühüm vəzifəyə gətirib. Bulvarla universitetin yaxından-uzaqdan əlaqəsini çox araşdırsaq da elə bir uyğunluq tapa bilmədik. Həmçinin saytımıza verilən məlumata görə kürəkəni, həyat yoldaşının baldızı, digər qohumları BDU-da yüksək vəzifələrlə “mükafatlandırılıblar”. Tezliklə universitetin bir ailənin nəzarətinə keçməsi ilə bağlı xəbərlər oxusanız təəccüblənməyin. Ümumiyyətlə, E.Babayevin pedaqogika ilə yaxından-uzaqdan bağlılığının olmamasını bildirən mənbəmiz yeni rektorun tələbə və müəllim heyəti ilə ciddi problemlərinin yarandığını, qarşılıqlı münasibətlərin normal qurulmadığını söyləyir. Artıq BDU-da ilkin narazılıqların yarandığı, rektorun əməllərinin etirazlarla qarşılandığı da bildirilir. Bir müddət rektor əvəzi kimi BDU-ya rəhbərlik etmiş F. Qurbanovun zamanında universitetdə işgüzar mühitin formalaşdığı, tam demokratik bir təhsil sisteminin yarandığını söyləyən universitet əməkdaşları E.Babayevin hər şeyi alt-üst etdiyini bildirdilər. Rubrika.az saytının universitetdə apardığı qısa araşdırma bir daha sübut etdi ki, F. Qurbanovun BDU-da qısa müddətdə formalaşdırdığı müasir təhsil sistemi bütün kollektiv tərəfindən razılıqla qarşılanıb. Qısa zaman kəsimində BDU-nu dünyanın ən reytinqli ali təhsil ocaqlarının sırasına aldırmağı bacaran F.Qurbanovdan sonra E.Babayevin belə bir ali təhsil ocağını ailə podratı əsasında idarə etməsi təəccüb doğurur. Görünür “biz mehriban ailəyik” prinsipi ilə idarə olunan BDU-da F.Qurbanovun yeri hələ çox görünəcək!

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …