Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilir – FOTOLAR

Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilir – FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy 80″ İctimai Təşkilat Komitəsi tərəfindən Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. Musavat.com xəbər verir ki, tədbirdə müxalifət nümayəndələri, Elçibəyin yaxın silahdaşları, deputatlar, türkçülər və digər ictimai şəxslər iştirak edirlər.
Tədbirdə Elçibəyin əsərlərindən ibarət yeni çap olunmuş 1000 səhifəlik kitabın da təqdimatı olacaq. Eyni zamanda “Elçibəy-80″ yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Bildirilib ki, müsabiqəyə 44 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb. Əsas müəlliflər Azərbaycandandır, amma Türkiyədən də yazanlar var.

Tədbir davam edir.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …