Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / “Elçibəy xəstələnəndə ən çox sevinən o idi” – İlham Əliyevdən Əli Kərimliyə sərt ittiham

“Elçibəy xəstələnəndə ən çox sevinən o idi” – İlham Əliyevdən Əli Kərimliyə sərt ittiham

Prezident İlham Əliyev AXCP sədri Əli Kərimli haqda maraqlı açıqlamalar verib.

“Azinforum” xəbər verir ki, Sumqayıtın 70 iliik yubiley tədbirində çıxış edən İlham Əliyev AXC-Müsavat hakimiyyəti dövründən danışıb. O zaman dövlət katibi işləyən Əli Kərimlinin öz liderinə xəyanət etdiyini vurğulayıb:

“İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. 

Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, – özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …