Ana səhifə / “Elə ceyran qız olacağam ki…” – Səidə Sultan burnunu kəsdirdi

“Elə ceyran qız olacağam ki…” – Səidə Sultan burnunu kəsdirdi

Müğənni Səidə Sultan burun əməliyyatı etdirib.

Moderator.az xəbər verir ki, müğənni burnundakı sarğı ilə çəkilmiş şəklini “İnstagram” hesabında paylaşaraq əməliyyatı nəfəsində yaranmış problemə görə etdirdiyini bildirib.

“Dostlar, qorxmayın. Bu, mənəm! On günə elə ceyran qız olacağm ki…Çoxlarınız deyəcək ki, bu da burnunu əməliyyat etdirdi. Amma bir Allah şahiddir ki, həmişə belə şeylərdən qorxmuşam.

“Nə oldu, bu yaşa qədər bu burunla gəzdin, indi bəyənmədin?!”. Axı belə deyənlər də var. Nəfəsimdə problemlər, çəpər əyriliyi, artıq ət oxumağıma çətinlik yaradırdı. Həkimin məsləhəti ilə göz qapağındakı ətləri də götüzdürdüm. Bu sahədə çox sağ olun bir qismi də ANS-də “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovaya düşür”, – deyə Səidə Sultan qeyd edib.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın