Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Elə bilirdim məni görür, stolun altında gizlənirdim” – Millət vəkili – VİDEO

“Elə bilirdim məni görür, stolun altında gizlənirdim” – Millət vəkili – VİDEO

ARB Günəş-in “Mən məktəbli ikən” layihəsinin növbəti qonağı millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva olub.

Millət vəkili ilk olaraq uşaqlıq illərindəki xatirələrindən söz açıb:

“Çalışırdım ki, valideynlərim mənə görə danlanmasınlar, bütün işimi hərəkətlərimi belə qururdum”.

Uşaq vaxtı solaxay olan Jalə Əliyeva, müəllimin qorxusundan bu vərdişini dəyişib və sağ əllə yazmağa başlayıb:

“Müəllimlərim valideynlərim ilə telefonda danışanda qaçıb stolun altında gizlənirdim. Mənə elə gəlirdi ki, müəllimim indi məni görür. Müəllim tərəfindən danlanmaq bizim üçün dünyanın axırı demək idi. Bu gün isə müstəqil bir nəsil yetişir, müəllimlə şagirdlər arasında səmimi münasibət var və bunun müsbət tərəfləri çoxdur. Lakin düşünürəm ki, öyrədənlə öyrənən arasında mütləq məsafə olmalıdır”.

Qeyd edək ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …