Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Ekspertdən Azərbaycanda koronavirusun qarşısını almaq üçün 10 təkilf

Ekspertdən Azərbaycanda koronavirusun qarşısını almaq üçün 10 təkilf

“Təklif edirəm ki, baxça, məktəb və universitetlərdə təshil gələn həftədən Novruz bayramına qədər dayandırılsın”.
Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu koronavirusa qarşı təxirəsalınmaz tədbirlər proqramında səsləndirib. O, qeyd edib ki, artıq İranda yayılan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir:
“İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən İrandan Azərbaycana daha çox turist axını 21 gündən sonra qədəm qoyan Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar”.
Qubad İbadoğlu bununla bağlı 10 təklif səsləndirib. Onlar aşağıdakılardır: 1. İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın.
2. İranla sərhəd keçid məntəqələri gediş-gəliş və tranzit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamadan keçirilsin.
3. Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibb müəssisələrində aparılsın.
4. Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın.
5. Bu həftə ərzində uşaq baxçalarında, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılsın, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublikatabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər qayandırılsın.
6. Əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televizorlar vasitəsilə maariflənidmə işi həyata keçirilsin, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılsın.
7. Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, həmin ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulsun.
8. Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilsin. Ən zəruri dərman peraparatlarının, tibbi ləvazimatların və sarğı materiallarının ünvanlı şəkildə dövlət büdcəsi hesabına çatdırılması təmin edilsin.
9. Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılsın və gediş-gəliş biletinin qiyməti aşağı salınsın.10. Əhali ictimai nəqliyyatdan (metro və avtobus) istifadəni maksimum surətdə azaltmağa çalışsın.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …