Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Eks-arvadını ürəyindən vurdu, özünü binadan atdı – Bakıda dəhşətli hadisə

Eks-arvadını ürəyindən vurdu, özünü binadan atdı – Bakıda dəhşətli hadisə

Bakıda dəhşətli cinayət baş verib.

“ Azinforum.az ” ın  musavat.com-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb. Onların arasındakı mübahisənin motivi hələlik məlum deyil.

Samir Axundov Gülnar Axundovanı qətlə yetirdikdən sonra hadisə yerini tərk edib və öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra 8-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, Samir Axundov narkotik aludəçisi olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın