Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Ekoloq: “Bayıldakı köçürülmə çirkin kommersiya oyunudur”

Ekoloq: “Bayıldakı köçürülmə çirkin kommersiya oyunudur”

Xəbər verdiyimiz kimi, son günlər Səbail rayonunun ərazisində, Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmələr aktivləşib və 80 ailənin 390 sakini ərazidən köçürülüb.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov  açıqlamasında köçürülən sakinlərlə görüşdüyünü və problemlə əlaqədar olaraq bir müddətliyə qohum və yaxınlarının yanına köçmələrini təklif etdiyini bildirib. O, qeyd edib ki, əraziyə baxış keçirilib və təhlükəli zonada yerləşən evlərin sayının müəyyənləşdirilməsinə başlanılıb.

Rayonun icra başısı Eldar Əzizov da bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub, sakinlərlə görüşüb. Eldar Əzizov Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Onun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.
Problemlə bağlı Qaynarinfo-ya açıqlama verən ekoloq Telman Zeynalov sürüşmələrin səbəblərindən danışıb və çıxış yolunu həmin ərazilərin yaşıllığa çevrilməsində gördüyünü bildirib. O, həmçinin köçürülmə prosesini çirkin kommersiya oyunu adlandırıb və bunu hansısa şəxslərin həmin ərazidə hündürmərtəbəli binalar tikmək istəməsi ilə əlaqələndirib:
“Sürüşmə təpələrdə və dağlıq zonalarda gedir. May-iyun aylarında yağıntıların miqdarı çox idisə, son iki ayda havalar soyuq keçsə də, yağıntı düşməyib. Əgər yağıntı yoxdursa, şaxta varsa, yaxud havalar narmadan artıq isti keçirsə, torpaqdakı bütün rütubət buxarlanır və torpaq quru olur. Belə olanda da alt hissədə qurunt sularının səviyyəsi yüksəlir və ağır gil qatının üstündə sürüşkən bir təbəqə meydana gəlir. Bir balaca yağıntı düşən kimi, havada nəşlik olan kimi üst təbəqədəki quru torpaq qatının çəkisi dəfələrlə artır və sürüşmə təbəqəsi buna tap gətirmədiyi üçün üst hissədəki torpaq qatı sürüşməyə məruz qalır. Şamaxıya, şimal bölgəsində, Bakının Bayıl və Əhmədli qəsəbələri bu qəbildəndir ki, hazırda da Bayıl yamacında həmin proses gedir.
Mərhum akademik Həsən Əliyev o dövrdə yeni bir təklif vermişdi ki, həmin ərazilərdə terraslar yaradılmalı, ağaclar əkilməlidir ki, yağış suları torpağı axıra qədər nəm etməsin. Ancaq bu siyasət bu gün həyata keçirilmir.
Fikrimcə, əhalinin sürüşmə adı ilə köçürülməsi çirkin kommersiya oyunudur. Məsələ ondan ibarətdir ki, kimsə oradan yüksəkmərtəbəli binalar tikmək istəyir. Bunlar dediyim kimi, çirkin, ekoloji, siyasi oyunlardır. Mənə elə gəlir ki, ölkə başçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə öz fikirlərini bildirməlidirlər. Əgər bura sürüşmə zonasıdırsa, qorxuludursa, camaatı başqa yerə köçürüb ev versinlər və orada da yaşıllıq zonası yaradılsın. Daha camaatı köçürüb orada hündürmərtəbəli binalar tikməyə ehtiyac yoxdur. Bu, milləti aldatmaq deməkdir”.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …