Bazar ertəsi , May 17 2021
Ana səhifə / Aktual / “Ekologiya postu”nun bölük komandiri Fuad Mayılova yüksək vəzifə verildi

“Ekologiya postu”nun bölük komandiri Fuad Mayılova yüksək vəzifə verildi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Azinforum.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifədə çalışıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib. Bildirib ki, Fuad Mayılovun yerinə təyinat yoxdur.

Həmçinin oxuyun

“Təlimlərdə real təhdidlərinin qarşısının alınması vəzifələri məşq ediləcək” – Hərbi ekspert

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu bu gündən …