Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / Ekologiya Nazirliyindən xəbərdarlıq: “Göstərişlərə əməl etməsələr, tədbir görəcəyik”

Ekologiya Nazirliyindən xəbərdarlıq: “Göstərişlərə əməl etməsələr, tədbir görəcəyik”

“Ümumilikdə ölkədə hər hansı ekoloji problemin öz həllini tapmasını, ekoloji proritet məsələrin davamlı sürətdə həll olunmasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq və vəzifələrinə uyğun həyata keçirməlidir. Bu baxımdan milli səviyyədə mövcud olan ekoloji problemlərin həlli istiqmətində lazımı tədbirləri görürük”. 

Moderator.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı  Mirsalam Qəmbərov deyib. 

Nazirlik rəsmisi bildirib ki, bu gün Xəzər dənizi həm ölkəmiz,  həm də digər xəzəryanı ölkələr tərəfindən çirklənməyə məruz qalır. 

“Fiziki və hüquqi şəxslər tərəfindən tullantıların Xəzər dənizinə atılmasının qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirləri görürük. Xəzərə axıdılan tullantı mənşəli sular iki növə bölünür.  Birincisi sənaye mənşəli tullantılar,  ikincisi isə məişət təsərrüfat mənşəli tullantılar. Sənaye mənşəli tullantı sular neft-qaz hasilatı zamanı əmələ gələn lay sularıdır. Bu suları Xəzər dənizinə axıtmaq yox bu suları ilkin separasiyadan, təmizlədikdən sonra yaxşı olardı ki, digər texniki məqsədlər üçün istifadə olunsun. Kabrohidrogen hasilatı olan təşkilatlara məktublar göndərilib, qanunamüvafiq tapşırıqlar verilib.  Hansı ki, o tapşırıqlar  dövlət orqanının verdiyi məcburi göstərişlərdir. Əgər bu göstərişlərə əməl edilməzsə, biz lazımi tədbirləri görəcəyik”.

Mirsalam Qəmbərovun sözlərinə görə, Xəzər dənizinə təsir edən bütün mənbələrin texniki xüsusiyyətləri və digər parametrləri qiymətləndirilib.

 “Xəzər  dənizinin sahilində kifayət qədər iaşə obyektləri, müəssisələr və bu tipli obyektlər var. Əgər bu müəssisələr estetik görünüş baxımından bu məkanı seçib faydalanırlarsa, formalaşdırdıqları bütün tullantıları müvafiq qaydaların  tələblərinə uyğun idarə etməlidirlər.  İstehsalat və məişət tullantıları barədə  Azərbaycan Respublikasının qanunu səviyyəsində bütün tullantılar idarə olunmalıdır.  Xəzər dənizinə təsir edən bütün mənbələrin texniki xüsusiyyətləri və digər parametrləri qiymətləndirilib və ortaya çıxan bütün problemlərin həll olunması üçün həmin məkanlara qanunauyğun tapşırıqlar verilib. Həmin tapşırıqların hər bir bəndinin yerinə yetirilməsi müddəti var .Verilmiş  müddət ərzində həll olunmayan  məsələlərin həlli üçün biz onlardan təkliflər gözləyirik. Tikilmiş həmin obyektlərə çəkilən xərcin 50-60 faizini tullantı məhsullarının idarə  olunmasına qoysalar, problem həllini qanunauyğun formada tapmış olar. Təqribi olaraq 10-15 ilə nəzər salsaq şahidi olarıq ki, görülən tədbirlər nəticəsində bu problemlər öz həllini tapır”.

Həmçinin oxuyun

“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial …