Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / EHTİYATDA OLAN GENERAL VƏ POLKOVNİKLƏRİN PREZİDENTƏ MÜRACİƏTİ: “DÖYÜŞLƏRƏ QATILMAQ İSTƏYİRİK”

EHTİYATDA OLAN GENERAL VƏ POLKOVNİKLƏRİN PREZİDENTƏ MÜRACİƏTİ: “DÖYÜŞLƏRƏ QATILMAQ İSTƏYİRİK”

Ehtiyatda olan bir qrup yüksək rütbəli zabit Ali Baş Komandan İlham Əliyev cənablarına Azinforum.az İnformasiya Portalı vasitəsilə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ALİ BAŞ KOMANDANIMIZ
CƏNAB İLHAM ƏLİYEVƏ

M Ü R A C İ Ə T

Cənab Ali Baş Komandan!
Möhtərəm Prezident!
Son günlər cəbhə bölgəsində baş verən hadisələr bizi çox narahat edir və ehtiyatda olmağımıza baxmayaraq, yenidən silaha sarılmaq, Sizin komandanlığınız altında ön xətdə döyüşlərə qatılmaq istəyirik. Doğrudur, bu gün Azərbaycanımızın kifayət qədər ordusu var və bu ordu Sizin sayənizdə ən yüksək səviyyədə formalaşdırılıb. Hansı ki, bu gün bizim ordumuz istənilən şəraitdə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Buna baxmayaraq, biz həm bir vətəndaş kimi, həm də, müharibənin ilk illərindən son vaxtlara qədər döyüş bölgələrində müxtəlif vəzifələrdə xidmət etmiş hərbiçilər kimi, qəhraman oğullarımızla, döyüşən ordumuzla bərabər olmaq istəyirik.
Cənab Ali Baş Komandan!
Biz hamımız 1989-cu ildə alovlanan və 1994-cü ilə qədər davam edən Qarabağ müharibəsində çox ağır xidmət şəraitində Vətənimizin müdafiəsi uğurunda gedən bütün döyüşlərdə iştirak etmişik. Ulu öndərimiz Heydər Əliyev həmişə hərbiçilər haqqında fikirlər səsləndirərkən, toplanmış təcrübələrin gənc nəsillərə ötürülməsini xüsusilə vurğulayardı. Bu gün biz özümüzə borc bilirik ki, mövcud məqamı dəyərləndirək və döyüş təcrübəmizi, bilik və bacarığımızı döyüşən qüvvələrimizə aşılayaq, onların yanında olaq.
Cənab Ali Baş komandan!
Mövcud Qarabağ problemi bizim xidmətimiz dövründə yaranmışdır və bu səbəbdən də hesab edirik ki, bu problemi bizdən sonra gələn nəsillərə ötürmədən özümüz sonadək həll etməliyik. Müstəqil Azərbaycanımız erməni təcavüzünün növbəti mərhələsi ilə üzləşdiyi bir zamanda, biz yenidən Silahlı Qüvvələrin sıralarına qatılmağı özümüzə borc bilirik.
Odur ki, müraciətimizi qəbul edib, bizim müxtəlif döyüş bölgələrinə göndərilməyimiz barədə müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirik.
Biz Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırıq.
Hörmətlə :
1. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov
2. Ehtiyatda olan polkovnik Ayaz Məmmədov
3. Ehtiyatda olan polkovnik Teymur Səmədzadə
4. Ehtiyatda olan polkovnik Oleq Rəsulov
5. Ehtiyatda olan polkovnik Şair Ramaldanov
6. Ehtiyatda olan polkovnik İsa Qasımov
7. Ehtiyatda olan polkovnik Vaqif Hüseynov
8. Ehtiyatda olan polkovnik Ədalət Həsənov
9. Ehtiyatda olan polkovnik İlham İsmayılov
10. Ehtiyatda olan polkovnik Adil Dadaşov
11. Ehtiyatda olan polkovnik Xudat Hüseynov
12. Ehtiyatda olan polkovnik Mehman Süleymanov
13. 1-ci dərəcəli kapitan Nurulla Əliyev
14. 1-ci dərəcəli kapitan Rabil Səfərov
15. Ehtiyatda olan polkovnik/l-nt Ələsgər Vəliyev
16. Ehtiyatda olan polkovnik/l-nt Vüsal Həsənov
17. Ehtiyatda olan polkovnik/l-nt Zeydulla-Zeydullayev
18. Ehtiyatda olan polkovnik/l-nt Kamal Hüseynov
19. Ehtiyatda olan polkovnik/l-nt Firqət Ağakişiyev
20. Ehtiyatda olan polkovnik/l-nt Məmmədov Asif
21. Ehtiyatda olan polkovnik/l-nt Abbas Hacıyev
22. Ehtiyatda olan polkovnik/l-nt Ramiz Mahmudov
23. Ehtiyatda olan polkovnik/l-nt Bayram Məmmədov
24. Ehtiyatda olan polkovnik/l-nt Əhliman Kərimov
25. 2-ci dərəcəli kapitan Roman Cəfərov
26. Ehtiyatda olan kapitan Fəxrəddin Zeynalov

Və digərləri”

 

ayd

 

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …

Bir cavab yazın