Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / DYP rəisi işdən çıxarılıb – ƏMR

DYP rəisi işdən çıxarılıb – ƏMR

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı “Report”a təsdiqləyib.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …