Ana səhifə / Aktual / DYP RƏİSİ İŞDƏN ÇIXARILDI – Nöqsanlara yol verdiyi üçün

DYP RƏİSİ İŞDƏN ÇIXARILDI – Nöqsanlara yol verdiyi üçün

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.

Azinforum.az-ın  məlumatına görə, bu barədə Gununsesi.info-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.

Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …