Cümə , Yanvar 22 2021
Ana səhifə / Aktual / DYP-nin Ekoloji Nəzarət Bölüyünün komandiri yeni vəzifəyə təyinat alıb

DYP-nin Ekoloji Nəzarət Bölüyünün komandiri yeni vəzifəyə təyinat alıb

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Respublika Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …