Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / DYP-nin əsas dördlüyü yola salınır – Vahid Nuriyev tək getməyəcək…

DYP-nin əsas dördlüyü yola salınır – Vahid Nuriyev tək getməyəcək…

DİA.AZ: – Neçə gündür DYP sistemində dəyişiklik olcağı deyilir. Bununlabağlı DİA.AZ-ayeni məlumatlar daxil olub.

Mötəbər mənbə iddia edir ki, DİN Baş DYP İdarəsinin rəisi, polis general–mayoru Ramiz Zeynalov ilk “vurulanlardan” olacaq. Onun yerinə hazırda DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri postunu tutan polis polkovniki Balakişi Əhmədovun təyin olunacağı deyilir. 

Mənbə iddia edir ki, eyni zamanda DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Kazımov Elşən Kamal oğlunun və DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Şahbazov Mübariz İsrafil oğlunun da görəvdən alınması müzakirə olunur.

Dia.az xatırladır ki, buna qədər də MMX rəhbəri Vahid Nuriyevin vəzifəsindən alınacağı iddia olunurdu.

Həmçinin oxuyun

Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144  illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi …