Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Aktual / DYP Ekologiya Bölüyünün əməkdaşları dözülməz tıxaclarda niyə gözə dəymir? – yeni rəis etimadı belə doğruldur…

DYP Ekologiya Bölüyünün əməkdaşları dözülməz tıxaclarda niyə gözə dəymir? – yeni rəis etimadı belə doğruldur…

Bir neçə gündür ki, Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti axşam saatlarında iflic olur. Pik saatlarda onsuz da tıxacın olduğu həmin yol, sözügedən müddətdə keçilməz bir səddə çevrilib. Vətəndaşlar Bakıdan Xırdalana olan yolu 3 , bəzən isə 4 saata qət edib, mənzil başına yetişməli olurlar. Bunun səbəbini həmin yolun kənarı ilə yeni kanalizasiya xəttinin çəkilməsi ilə izah edirlər. Azinforum.az-ın apardığı müşahidələrdən məlum olub ki, deyilən istiqamətdə aparılan işlər yol kənarında bir zolağı əhatə edir və tıxacın nisbətən uzun zamanı əhatə etməsi bununla bağlı ola bilər. Ancaq vəziyyətin dözülməz həddə çatmasında DYP əməkdaşlarının da təqsiri var. Magistral yolun həmin hissəinə nəzrəti Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyü edir. Nədənsə, adi günlərdə yol kənarına səpələnib hər 3 maşından birinə əl edən DYP əməkdaşlarını tıxacın olduğu zamanda iş başında görmürük. Tıxacla hərəkət etdikdə görürük ki, vəziyyəti ağırlaşdıran hallardan biri də, həmin zaman olan xırda qəzalardı.

Bir-birinə toxunan avtomobillər hadisə yerinə DYP-nin gəlməyini gözləyir ki, təqsirin kimdə olmasını müəyyənləşdirsin, təəssüf ki, həmin anlarda Ekologiya Bölüyünün əməkdaşları qeybə çəkilmiş olurlar. Bir sözlə, bir neçə gün ərzində davam edən və yəqin ki, davam edəcək dözülməz tıxaclarda DYP-nin sözügedən bölüyünün əməkdaşlarının heç bir fəaliyyəti göz dəymir və çox güman heç dəyməyəcək də. Bu hal xüsusilə də, həmin posta yeni rəis təyinatından sonra daha da xoşagəlməz vəziyyətə düşüb. Qeyd edək ki, hazırda həmin posta polis mayoru Mərdan Mehdiyev rəhbərlik edir. O, bu vəzifədə polkovnik-leytenant Fuad Mayılovu əvəz edib. Fuad Mayılov isə Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.  Sual oluna bilər: yeni rəis ona göstərilən etimadı belə doğruldur?

Osman,

Azinforum.az

Həmçinin oxuyun

Təhsil ekspertindən maraqlı davranış: “Məni toya dəvət etməmisən, səni biabır edəcəm”

Məlum olduğu kimi, cəmiyyətdə təhsil eksperti kimi tanınan Etibar Əliyev adlı şəxs son günlər QHT-lərə …