Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Aktual / DYP-DƏN YENİ İŞ METODU – BİNANIN HƏYƏTİNDƏ  DAYANAN MAŞINLARA CƏRİMƏ YAZILIR (FAKTLAR)

DYP-DƏN YENİ İŞ METODU – BİNANIN HƏYƏTİNDƏ  DAYANAN MAŞINLARA CƏRİMƏ YAZILIR (FAKTLAR)

Azinforum.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir hissəsi Dövlət Yol Polisinə veriləndən sonra, əhalinin gözlədiyi rahatçılığı əvəzinə fərqli mənzərənin şahidi oluruq. Artıq vəziyyət o həddə çatıb ki, DYP əməkdaşları həyətlərə hücum edərək binaların qarşısında sakinlərin saxladıqları avtomobillərin şəkillərini çəkib cərimə yazırlar.

Səbəbini də, onlara qoyulan cərimə planının çox olması ilə izah edirlər.  Konkret faktlara keçək. Bu gün səhər saat 09 radələrində Ataturk prospekti 47 saylı binanın sakinləri yuxudan qalxıb işə gedəndə  “sürprizlə” qarşılaşıblar.

99YP 499 dövlət nömrə nişanlı DYP avtomobilinin naryadı ucdantuma binada yaşayan  sakinlərin avtomobillərinə cərimə yazıb.  Polis naryadı bunun səbəbini səkidə maşın saxlamanın qadağan olması ilə izah edib. Qeyd edək ki,  deyilən yerə yalnız yaşayış binasının həyətindən yol var. Prospektən keçən avtomobilin orda park etməsi mümkün deyil. Yəni həmin geniş yerdə yalnız bina sakinləri avtomobil park edir. Maraqlıdır ki,  nədənsə, DYP naryadı yolun qarşı tərəfində parkı zəbt edərək özünə dayanacaq düzəldən “Qızıl gül” restoranının müştərilərinin bahalı avtomobillərinə cərimə yazmağa cürət etmir.  Qeyd edək ki, biz əksər DYP işçilərinin həmin restoranda nahar etdiyinin şahidi olmuşuq.

DYP işçilərinin digər bir qanunsuzluğu  Azərbaycan Nəşriyyatının qarşısında baş verir. Son bir neçə gündür ki, orda işləyən 10-larla jurnalist işdən çıxanda avtomobillərinin cərimə olunduğunu görürlər. Nəşriyyatın qarşısında olan avtobus dayanacağına yaxın yerdə  avtomobillərin park edilməsinə qoyulan qadağanı bilirik. Amma cərimələr həmin ərazıdə saxlanmayan avtomobillərə də yazılıb. Dayanacağın bir tərəfi isə orada gündəlik dayanan taksilər tərəfindən zəbt edilib. Maraqlıdır ki, yolun uzununa taksilərini saxlayan həmin adamlar işə gələn  jurnalistlərə ərazidə park etməyə icazə vermirlər. Səbəbini də DYP-nin qoyduğu qadağa ilə izah edirlər. Bir sözlə, taksi sürücüləri ilə DYP sövdələşməsindən zərər çəkən bədbəxt jurnalistlər olur. 

Ümidvarıq ki, DYP rəhbərliyi deyilən ünvanlarda xidmət göstərən polis naryadları ilə bağlı lazımi ölçü götürəcək.

VİDADİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə…

07 iyun 2019-cu il tarixində Ali Məhkəməsinin hakimi Əhməd Əhmədоvun sədrliyi ilə iddiaçılar Elşad Əli …

Bir cavab yazın