Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / DYP-dən gizli radar quraşdıran şəxs haqda açıqlama – FOTO

DYP-dən gizli radar quraşdıran şəxs haqda açıqlama – FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan gizli radar məsələsinə aydınlıq gətirib.
Avtosfer.az saytı yazır ki, sürücülərə görə, bu, qanunsuz fəaliyyətdir. Ucar rayonunda çəkilmiş görüntüdən belə məlum olur ki, səyyar üçayaqlı radarı istifadə edən şəxsin şəxsiyyət vəsiqəsindən başqa DYP əməkdaşı olduğunu sübut edən bir sənədi yoxdur. Görüntülərdə radarla çəkiliş aparan şəxslə mübahisə edənlərin nazirliklərdən birinin əməkdaşları olduğu bildirilir. Onların yanında özünü jurnalist kimi təqdim edən şəxs də var.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə sayta bildirib ki, DYP avtomobillərində quraşdırılmış və səyyar üçayaqlı radarların hamısı qanuni fəaliyyət göstərir. Bu radarlar birbaşa Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub:
«Həmin videoda əks olunan şəxs Dövlət Yol Polisinin əməkdaşıdır. Onun yaxasındakı isə şəxsiyyət vəsiqəsi yox, Yol Polisi tərəfindən ona verilmiş vəsiqədir. Həmin əməkdaş, sadəcə, orada özünü itirib düzgün təqdim etmir. Bu gün Yol Polisi sıralarında mülkü şəxslər də çalışır. Konkret bu videodakı şəxsi ora ona görə qoyublar ki, radara nəzarət etsin. Onun başqa bir funksiyası yoxdur. Həmin şəxs kimisə saxlamır, kiməsə cərimə yazmır».
Kamran Əliyev onu da əlavə edib ki, stasionar radarlardan ən çox şikayət edənlər daha çox qayda pozan sürücülərdir:
«Çünki onlar öyrəniblər ki, daimi radarlar haradadır. Oraya çatanda sürəti azaldıb keçirlər, sonra isə yenə sürəti artırıb necə gəldi sürürlər. İntizamsız, sürət həddini aşan sürücülərin ən çox qorxub çəkindiyi məhz bu üçayaqlı radarlardır».
Yol Polisi gizli radar quran şəxsi müdafiə etdi

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın