Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / “Düşünürlər ki, neftin qiyməti düşəcək, bunlar da hakimiyyətə gələcək”

“Düşünürlər ki, neftin qiyməti düşəcək, bunlar da hakimiyyətə gələcək”

“Hesab edirəm ki, Azərbaycanda yalan ajiotaj yaradırlar. Dövlət neftin qiymətinin düşməsi fonunda lazımi tədbirlərini görür”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışında deyib. Onun sözlərinə görə, neftin qiymətinin düşməsi fonunda mediada müəyyən müzakirələr gedir:

“Əsasən də xaricdə internet televiziyasında çıxış edirlər. Hesab edirlər ki, neftin qiyməti düşəcək və ölkədə vəziyyət gərginləşəcək. Bunlar da hakimiyyətə gələcək. Əhali bilməlidir ki, burada hansı problem olsa, dövlət bunu həll edəcək”.

Deputat Vahid Əhmədov bildirib ki, əmanətlərin 3 il müddətinə tam sığortalanaması öz bəhrəsini verib: “Belə ki, manatla olan əmanətlər kifayət qədər artmağa başladı. Mən sadəcə bilmək istəyirəm ki, tarix niyə 9 ay müddətinə artırılır? Bu qısa olan öhdəlikləri 8 aya endirir. Hesab edirəm ki, əmanətlər 3 il müddətinə tam sığortalanmalıdır. Əhali faktik olaraq təşviş içindədir. Bankların qarşısında kifayət qədər növbələr var. Elman Rüstəmov dedi ki, “B” variantı hazırlanıb. Ancaq mən istərdim ki, Maliyyə Sabitliyi Şurası əhaliyə geniş məlumat versin. 9 ay müddətinə uzadılması heç bir effekt verməyəcək. Buna səbəb neftin qiymətinin aşağı düşməsi və yayılan koronavirusdur. Mən ölkə başçısına müraciət edirəm ki, bu müddət 3 il müddətinə uzadılsın. Belə olmasa, əhali banklardan əmanətlərini geri çəkə bilər”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Türkiyədə lirə düşəndə camaat dollarını lirəyə dəyişib: “Bu məsələdə vətənpərvərlik nümayiş etdirdilər. Bizdə isə əhali təşvişə düşüb, banklara üz tutur. Bunu da başa düşürük. Amma vəziyyət hökumətin tam nəzarəti altındadır”.

***

Komitə sədri Tahir Mirkişili müddətin 3 il qədər artırılması ilə bağlı deputatların suallarına cavab verib : “Bu qanunun əsas məqsədi banklara nəsə olduğu təqdirdə əhalinin əmanətlərinin qorunmasıdır. Mən bildiyimə görə, Azərbaycan hökumətində yeni mexanizmlər hazırlanır”.

***

S. Novruzov həmçinin parlamentdə iki şöbənin yaradılmasını da təklif edib. O, professor Nizami Cəfərovun sədri olduğu komitəyə üzv seçilməsini də xahiş edib

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …