Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Dustaqların qaçması problemin olduğunu göstərir” – Nazir

“Dustaqların qaçması problemin olduğunu göstərir” – Nazir

“Ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmdov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib. F. Məmmədov qeyd edib ki, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib: “Eyni zamanda, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Penitensiar Xidmətin fəaliyyətində nizam-intizamın, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …