Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / SABİQ DEPUTAT:  “DÜŞMƏN TƏRƏFƏ KEÇMƏK İSTƏYƏN AİLƏ ERMƏNİLƏRLƏ QOHUMDUR” – SENSASİON FAKTLAR

SABİQ DEPUTAT:  “DÜŞMƏN TƏRƏFƏ KEÇMƏK İSTƏYƏN AİLƏ ERMƏNİLƏRLƏ QOHUMDUR” – SENSASİON FAKTLAR

İki gündür ki, Qəbələdən olan 25 nəfərlik bir ailənin güya onlara edilən haqsızlıq səbəbindən qoşunların təmas xəttində düşmən tərəfə keçmək istəməsi ilə bağlı yayılan məlumatlar medianın gündəmini zəbt edib. Çox maraqlıdır ki, bizim bəzi KİV-lər həmin faktı  sanki böyük bir hadisənin baş verdiyi, əksəriyyəti isə sevincək şəkildə tirajlamağa başladı. Ən maraqlısı isə təqdim olunan məqalələrin başlığı ilə bağlıdır. Hətta ən tirajlı media quruluşları xəbəri öz oxucularına belə təqdim etdi :

“Qəbələdən olan 25 nəfərlik ailə Ermənistana keçmək istədi”, “25 nəfər qəbələli nəbiyevlərin zülümündən Ermənistana pənah aparmaq istədi” və s.

Ən maraqlısı isə budur ki, elə bu xəbəri təqdim edənlər yazının içində hadisənin Ağdam yaxınlığında baş verdiyini bildirirlər. Sual olunur “Bəyəm, Ağdam  rayonu Ermənistanla həmsərəddir” . Təbii ki, yox! Həmin rayonun Ermənistanla bir metr də olsun sərhəddi yoxdur. Bunla da düşmən medianın əlinə  bizi ciddi tənqid etmək üçün kifayət qədər əsas vermiş olduq.

Təhqirə keçmək istəmirik, ancaq özümüzü  də zorla saxlayırıq. 25 nəfərlik ailəyə hansısa haqsızlığın edilə biləcəyini qəbul edirik.  Ancaq bu, heç də o demək deyil ki, düşmən tərəfə keçmək kimi etiraz aksiyasına əl atılmalıydı. Bunun bir adı var – millətinə və dövlətinə xəyanət. Bir adam öz arvad uşağını hansısa haqsızlığa görə necə erməni kimi düşmənin qucağına ata bilər? Bəyəm, biz haqsızlıq görməmişik? Belkə də gördüklərimizin ondan biri bu adamlara edilməyib. Hesab edirik ki, həmin ailənin etdiyi əməl daha çox  şou yaratmağa hesablanmışdı.
Bəli, diqqəti cəlb edə bildilər. Bəs bundan sonra həmin ailənin zədələnmiş reputasiyasını kim bərpa edəcək? Ailənin başbiləni daha təsirli, səs – küy yarada biləcək metodlara əl ata bilərdi. Düşmən qucağına atmaq istədiyi ailə üzvlərindən bir neçəsi ilə ölüm aclığına və digər təsirli aksiyalara başalaya bilərdi ki, bunun rezonansı daha böyük olardı.
Bunu etməyibsə, deməli, xəyanəti şərəfli ölümdən üstün tutub. Hesab edirik  ki, təmas xəttində onlarla müharibə qanunlarına uyğun şəkildə davranılmalıydı. Elə neytral ərazidə əllərində qaldırdıqları ağ bayraqlarla onları…  Yenə də,  Azərbaycan dövləti öz hümanistiyini göstərmiş olub.

Azinforum.az olaraq biz bu hadisəni doğuran səbəblər barədə ətraflı araşdırma apardıq. Hadisə barədə müfəssəl məlumata malik olduğunu deyən sabiq millət vəkili Nazim Məmmədov saytımıza açıqlamasında bildirdi ki, bu məsələni doğuran səbəb heç də mediada təqdim olunan kimi deyil:

 

nazim

                                              Sabiq millət vəkili Nazim Məmmədov

“Həmin  “vətənpərvərlərin” uşaqları kənddə toydan çıxandan sonra 3 nəfər bir nəfəri aparıblar çayın qırağına döyüb və təhqir ediblər. Sonra da həmin görüntüləri  videoya çəkərək,   kənddə  yaymağa başlayıblar. Sözügedən video keçib döyülən uşağın babasının əlinə.O da aparıb verib hüquq -mühafizə orqanlarına. Cinayət işi açılıb, ən azı 5-6 il iş düşürmüş, nəbiyevlərin minnətindən sonra uzaq qohumları olan şikayətçi razı salınıb. Sonra məhkəmə 1 və 1.5 il iş verməklə kifayətlənib. Məlum olan odur ki, erməni tərəfə gedənlərin də bir neçəsinin nənələri elə erməni imiş… “

Azinforum.az olaraq biz ermənilərə pənah aparmaq istəyənlərin kənddə bir yeniyetməni hansı şəkildə döyüb alçatdığını əks etdirən videogrüntüləri də əldə etmişik. Videoda kifayət qədər zorakılıq əlamətləri  olduğuna və kadrlarda təhqir edilən adamın yeniyetməliyini nəzərə alaraq  hesab edirik ki, belə kadrları yayılması həm hüquqi, həm də mənəvi məsuliyyət yarada bilər. Elə bu səbəbdən də həmin faktları geniş oxucu kütləsinə təqdim etmirik. Qeyd etmək istəyirik ki, düşmənə pənah aparmaq istəyən  ailə məhz həmin hadisəyə görə etiraz edir. Onların  başlıca narazılığı   “tərbiyə” verdikləri övladlarının başqasına qarşı etdiyi  fiziki və mənəvi zorakarlığa görə, məsuliyyətə cəlb olunması ilə bağlıdır. Həmin videoya  baxdıqdan sonra isə hesab edirik ki, məlum əməli törədənlərə qarşı hüquq-mühafizə orqanları daha sərt addımlar atmalıydı.

 Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

P.S. Qeyd edək ki, bu yazının dərcindən sonra, redaksiyamıza çoxlu sayda telefon zəngləri gəlib və müxtəlif məzmunlu münasibətlər bildirilib. 050-342-73-87 nömrəsindən  zəng edən sonuncu şəxs isə, özünü Əlisahib kimi təqdim etdi.  Həmin adam  bildirdi ki, Qəbələnin sözügedən kəndlərində ümumiyyətlə erməni yaşamayıb:

“Mən güman edirəm ki, bu ifadəni işlədən  sabiq deputat nəbiyevlərdən ilham aldığı üçün belə münasibət bildirir. Əks halda ağ yalan danışmazdı. Biz əlaqədar qurumlara müraciət edəcəyik. Qoy Nazim Məmmədov gəlib bizim ermənilərlə qohum olduğumuzu sübut etsin”.

RÖVŞƏN ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın