Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Aktual / “Düşmən dəyirmanına su tökənlər ən sərt şəkildə cəzalandırılmalıdır” – Əflatun Amaşov

“Düşmən dəyirmanına su tökənlər ən sərt şəkildə cəzalandırılmalıdır” – Əflatun Amaşov

“Ordumuzla həmrəylik, Qarabağa dəstək şüari ilə keçirilmiş mitinqin yüksək statusuna xələl gətirilməsi, aksiyanın xaosa, anarxiyaya çevrilməsi Azərbaycan xalqının haqq işinə, dövlətə, dövlətçiliyə aşkar xəyanətdir. Belə bir hadisənin yaşanması utancvericidir. O görüntülərə tamaşa etmək həqiqətən ağırdır. Və o səhnələrin məsuliyyəti hər birimizin üzərindədir. Bunu danmaq olmaz”.

Azinforum.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, hüquq-mühafizə orqanları qısa bir zamanda xəyanətə köklənmiş bu hərəkətləri araşdırmalı, günahkarları dərhal məsuliyyətə cəlb etməlidirlər:

“Hər hansı qüvvənin, siyasi məqsədlər güdən kəsimin özünə Azərbaycanda qərarlaşmış sabitlik mühitini poza bilmə haqqı tanımasının qarşısında qanunlarımızın sərt üzü dayanmalıdır. Bu istiqamətdə heç bir güzəşt olmamalıdır.

Kimlərsə, hansı qüvvələrsə Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərindəki xaosa bənzər duruma gətirə bilməz. Kimlərsə Azərbaycanı cəhalət, dini fanatizm yuvası olaraq təqdim edə bilməz. Kimlərsə azərbaycanlının Qarabağ çağırışına bu sayaq həqarətlə yanaşmağa cəsarət etməməlidir. Bu kimi xəyanətkar hallara münasibətdə, yenə də deyirəm, çox ciddi ölçü götürülməli, günahkarlar, düşmən dəyirmanına su tökənlər ən sərt şəkildə cəzalandırılmalıdır”.

Həmçinin oxuyun

Deputat övladlarını BDU-dan xeyli geri qalan Dubaydakı universitetdə niyə oxudub?

“Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan …