Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya çempionatında Azərbaycanı 7 sərbəst güləşçi təmsil edəcək

Dünya çempionatında Azərbaycanı 7 sərbəst güləşçi təmsil edəcək

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
“Report” xəbər verir ki, mundialda bu növ üzrə 7 pəhləvan çıxış edəcək. Baş məşqçi Firdovsi Umudov Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborova (97 kq) şans verəcək. 125 kq çəki dərəcəsindəki Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa aparılmayacaq.
Qeyd edək ki, dünya çempionatı 21 – 26 avqustda təşkil olunacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın