Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …