Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Dünən gecə öldürülən 18 yaşlı Nemətin təsirli – Videosu

Dünən gecə öldürülən 18 yaşlı Nemətin təsirli – Videosu

Ötən gün Xətai rayonu ərazisində kütləvi davada öldürülən 2004-cü il təvəllüdlü Nemət Həsənov orta məktəbi bu il bitiribmiş.

“Azinforum.az” xəbər verir ki, sosial şəbəkələrdə onun “Son zəng”də çəkdiyi təsirli görüntüləri yayılıb. Həmin videoda 18 yaşlı oğlan kövrələrək dostlarını unutmayacağını bildirib. 

Həmin videonu təqdim edirik: 

https://ok.ru/videoembed/4462594558570

Qeyd edək ki, hadisə Xətai rayonu NZS qəsəbəsi Mingəçevir küçəsində baş verib. Gecə saatlarında 2005-ci il təvəllüdlü Əhmədli Fərid Möhübbət oğlu 2004-cü il təvəllüdlü Nemət Elşən oğlu Həsənov və 2005-ci il təvəllüdlü Orxan Hüseynovu bıçaqlayıb, 2005-ci il təvəllüdlü Xalid Nəbiyevə isə küt alətlə xəsarət yetirib.

Döş qəfəsindən ağır yaralanan Nemət vəfat edib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Əhmədli həbs edilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …