Ana səhifə / Aktual / Dünən metrodan 1 saata 25 min adam istifadə edib

Dünən metrodan 1 saata 25 min adam istifadə edib

Dünən axşam saat 22:00-23:00 aralığında “Koroğlu” metrostansiyasından 25 mindən çox sərnişin istifadə edib. Bu barədə “Qafqazinfo”ya məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib.

O bildirib ki, həm işdən qayıdan, həm də oyuna baxmaq üçün gedən sərnişinlər metrodan istifadə etdiyi üçün 18:00-20:00 aralığında bir neçə stansiyada həddindən artıq sıxlıq olub. Oyundan sonra isə saat 22:00-23:00 aralığında isə sadəcə “Koroğlu” metrostansiyasında sıxlıq müşahidə olunub:

“Əvvəlcədən elan etdiyimiz kimi oyunla əlaqədar gücləndirilmiş iş rejimində idik. Odur ki, tədbirlər planına əsasən bəzi hallarda platformada yaranacaq sıxlığın qarşısını almaq üçün sərnişinlərin girişinə məhdudiyyətlər qoyulub. Hətta bir ara turnikedlərdə hədsiz sayda sərnişin olduğu üçün pulsuz keçənlərə də icazə verilib. Bir qisim sərnişini kənardan keçirmişik. Ancaq ümumi götürdükdə hər hansı bir xoşagəlməz hal baş verməyib. Statistik rəqəm də ondan ibarətdir ki, “Koroğlu” metrostansiyasına 1 saat ərzində 25 mindən çox sərnişin daxil olub”.

Həmçinin oxuyun

Paşinyan: Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib. “Report” xəbər verir ki, …