Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Dünən Çindən qayıdan azərbaycanlı tələbə karantinə alındı

Dünən Çindən qayıdan azərbaycanlı tələbə karantinə alındı

Dünən Çindən qayıdan azərbaycanlı tələbə karantinə alınıb. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Nazirliyin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla bağlı birgə məlumat yayıb. Bildirilib ki, fevral ayının 12-si, saat 17.30- da yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazirda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT