Ana səhifə / Aktual / DTX-ya YENİ SƏLAHİYYƏTLƏR VERİLDİ – Bir sıra yeni cinayətlərin istintaqını aparacaq

DTX-ya YENİ SƏLAHİYYƏTLƏR VERİLDİ – Bir sıra yeni cinayətlərin istintaqını aparacaq

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar Fərman imzalanıb.

Virtualaz.org xəbər verir ki, həmin qanunla Cinayət Məcəlləsinə “Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər” (maddə 219-2), “Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələmə” (maddə 226.3), “Radioaktiv materialları talamaqla hədələmə” (maddə 227-1), “Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər”ə (maddə 270-1) görə cinayət məsuliyyəti nəzərdə tutan yeni maddələr əlavə edilib.

Prezidentin fərmanına əsasən, qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …