Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Aktual / DTX tərəfindən saxlanılan nazirin birinci müavininin sevgi qalmaqalı

DTX tərəfindən saxlanılan nazirin birinci müavininin sevgi qalmaqalı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

Bizim.Media-ya DTX tərəfindən saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə bağlı xoşagəlməz məlumatlar daxil olub.

Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birində Elnur Əliyevlə ailə dostu arasında mübahisə olub. Gərginləşən mübahisə sonradan dava ilə nəticələnib.

Bununla bağlı tədbir iştirakçılarından biri məlumat verib. Onun dediyinə görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Hansı ki, Elnur Əliyevin ailəvi dost olduğu şəxs sevgilisini tədbirdə görən kimi mübahisəyə başlayıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Məsələyə polis müdaxilə edib və iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.

Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Həmçinin oxuyun

Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub – Vüqar Əliyev kimdir? (FOTO)

Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, …